Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan-Türkiyə qardaşlığı daimidir və sarsılmazdır

0

  •          Azərbaycanın ictimai-siyasi həyatında məna etibarı ilə tarixi hadisələr çox olub. Adətən tarixdə hadisələri yaradan tarixi şəxsiyyətlərdir. Bu nöqteyi nəzərdən Ulu Öndər Heydər Əliyevin xidmətləri, xalqına, dövlətinə bağlılığı onu tarixi şəxsiyyət olaraq bütün dünyaya tanıtdırmış onun adı həmişə dünyanın liderlərinin sırasında səslənmişdir.         Ulu Öndərimizin 1993-cü ilin İyununda ikinci dəfə hakimiyyətin ali kürsüsünə qayıtması, bütövlükdə 15 İyun Azərbaycan tarixinə Qurtuluş Günü kimi daxil oldu. Həmin dövrdə  Azərbaycanda siyasi sabitlik pozulmuş, hərcmərclik meyilləri güclənmiş, Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi  uğrunda Azərbaycan və  Ermənistan dövlətləri arasında münasibətlər kəskinləşmiş, ozünün ən yüksək həddinə çatmış və bunun müqabilində torpaqlarımızın 20%-i işğal  olunmuşdur.         Bundan sonrakı mərhələdə Ulu Öndərimizin yolunu, varisi möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları davam etdirmişdir. Güclü dövlətçilik qabiliyyətinə malik olan Prezidentimizin fəaliyyəti dövründə həyata keçirdiyi islahatlar zəminində Azərbaycan  bir  dövlət olaraq iqtisadi cəhətdən yüksək səviyyədə  inkişaf etmiş, dövlətin müdafiə sütunu olan hərbi sahəmiz güclənmiş, 30 illik işğala son qoyulmuş və 44 günlük müharibədə siyasi nöqteyi-nəzərdən bizə dəstək olan qardaş Türkiyə dövləti ilə birlikdə 15 İyun tarixində Qarabağın tacı mədəniyyət mərkəzimiz olan Şuşa şəhərində bayram və qələbə münasibəti ilə iki dövlətin görüşü keçirilmişdir. Bu tədbirdə hər iki qardaş ölkənin prezidentləri iki dövlətin bu gününü və gələcəyini əhatə edən sahələr üzrə məzmunlu çıxışlı etdilər. Sonra bu görüşdə iki dövlət arasında bütün sahələr üzrə müstəqillik bəyənnaməsi imzalanmışdır. Bu işğaldan azad olunan Şuşa şəhərində imzalanan tarixi hadisədir. Bu Şuşa bəyənnaməsi bir daha göstərdi ki, Azərbaycan - Türkiyə qardaşlığı daimidir və sarsılmazdır.Təranə ƏLİYEVA,  Xocalı şəhər 4 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib63 dəfə
    Azərbaycan Türkiyə qardaşlığı daimidir sarsılmazdır

    Maraqlı gələ bilər
    60
    0
    86
    62
    76